Azərbaycan hakimiyyəti Dağlıq Qarabağın blokadasını götürməlidir. "Amnesty International"
https://parstoday.ir/azeri/news/azerbaijan-i772-azərbaycan_hakimiyyəti_dağlıq_qarabağın_blokadasını_götürməlidir._amnesty_international
Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı tvitində Laçın dəhlizinin bağlanmasına istinad edərək, Azərbaycan hakimiyyətini “Dağlıq Qarabağın blokadasını” ləğv etməyə və “artan humanitar böhrana” son qoymağa çağırıb.
(last modified 2023-07-01T03:39:03+00:00 )
İyun 29, 2023 09:55 Asia/Baku
  • Azərbaycan hakimiyyəti Dağlıq Qarabağın blokadasını götürməlidir.

Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı tvitində Laçın dəhlizinin bağlanmasına istinad edərək, Azərbaycan hakimiyyətini “Dağlıq Qarabağın blokadasını” ləğv etməyə və “artan humanitar böhrana” son qoymağa çağırıb.

Amnesty İnternational” elan edir  “İyunun 15-də Azərbaycan ,  Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yol olan Laçın dəhlizi ilə hər cür nəqliyyatın hərəkətini dayandırıb.

Dağlıq Qarabağ 2022-ci ilin dekabrından mühasirədədir. Həmin vaxtdan Dağlıq Qarabağın sakinləri Rusiya sülhməramlı qüvvələrinin və Qızıl Xaç Cəmiyyətinin humanitar yardımına ümid bəsləyiblər.

Bununla belə, xəstəxanalarda dərman və tibbi ləvazimatların kəskin çatışmazlığı var. Azərbaycan hakimiyyəti Dağlıq Qarabağın blokadasını aradan qaldırmalı və cərəyan edən humanitar böhrana son qoymalıdır”.

Qeyd edək, Azərbaycan Respublikası hökuməti bu halları tamamilə yalan iddia adlandırır və bu ərazidə nəqliyyatın hərəkətinin normal olduğunu bildirir.