Azərbaycan rəsmisi Tehranda rəsmi görüşlər keçirir
Yol və şəhərsalma naziri: Azərbaycanla əlaqələr İran üçün çox önəmlidir
Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev Tehranda İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə görüşüb.
İRNA-nın məlumatına əsasən, görüşdə Fərzanə xanım Sadiq Azərbaycanl Respublikası ilə əlaqələrin İran üçün çox önəmli olduğunu bildirib.
O, 16-cı Azərbaycan-İran Birgə İqtisadi Komissiyanın iclasının tezliklə Tehranda keçirilməsini təklif edib:
“Biz Şimal-Cənub dəhlizinin inkişafında dönüş nöqtəsi sayılan Rəşt-Astara dəmir yolunun tikintisinə başlamışıq. Bu dəmir yolu infrastrukturunun inkişafında Azərbaycanın əməkdaşlığı çox vacibdir. Bundan əlavə, iki ölkə arasında 15 milyon ton yük tranziti hədəfinə çatmaq üçün plan hazırlanmalıdır”, - deyə xanım nazir vurğulayıb.
Qeyd edək ki, Ş.Mustafayev bundan əvvəl İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə də görüşüb.