Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçilik etməyə hazırdır
https://parstoday.ir/azeri/news/azerbaijan-i798-gürcüstan_azərbaycanla_ermənistan_arasında_vasitəçilik_etməyə_hazırdır
Gürcüstanın baş naziri Azərbaycan və Ermənistan arasında vasitəçilik etməyə hazır olduğunu bildirib.
(last modified 2026-04-08T07:08:49+00:00 )
İyul 01, 2023 08:18 Asia/Baku
  • Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçilik etməyə hazırdır

Gürcüstanın baş naziri Azərbaycan və Ermənistan arasında vasitəçilik etməyə hazır olduğunu bildirib.

Gürcüstan Ermənistan-Azərbaycan münasibətlərində effektiv vasitəçi olmağa və lazım gələrsə, prosesə qoşulmağa qadirdir.

 bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışı zamanı bildirib.

 İki il əvvəl  Ermənistanla Azərbaycan arasında təmaslarda ilk konkret nəticələrin qeydə alındığını xatırladan Qaribaşvili deyib O zaman prosesdə şəxsən mən iştirak edirdim  və həmin vasitəçiliyin rolu konkret nəticə ilə başa çatdı”.

 Mən iki ölkə, dostlarımız arasında prosesə qoşulmağa hazır olduğumuzu bir daha açıq şəkildə təsdiq etmək istəyirəm”, – Qaribaşvili əlavə edib.

Xatırladaq ki, 2021-ci ilin iyununda Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan 15 erməni hərbçini qarşı tərəfə, Ermənistan isə mina xəritələrinin bir hissəsini Azərbaycana təhvil verib.