“Əmir Abdullahian” Bakıya səfər edəcək
https://parstoday.ir/azeri/news/azerbaijan-i808-Əmir_abdullahian_bakıya_səfər_edəcək
İran İslam Respublikasının xarici işlər naziri Azərbaycan Respublikasının hakimiyyət orqanları ilə görüşmək və məsləhətləşmələr aparmaq üçün Bakıya gedir.
(last modified 2026-03-20T08:20:48+00:00 )
İyul 01, 2023 12:58 Asia/Baku
  • “Əmir Abdullahian” Bakıya səfər edəcək

İran İslam Respublikasının xarici işlər naziri Azərbaycan Respublikasının hakimiyyət orqanları ilə görüşmək və məsləhətləşmələr aparmaq üçün Bakıya gedir.

İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian yaxın günlərdə Bakıya səfər edəcək.

İran Press xəbər agentliyinin məlumatına görə, Əmir Abdullahian Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin 2023-cü il iyulun 5 və 6-da Bakıda keçirilməsi planlaşdırılan iclasında iştirak edəcək.

Bu görüş çərçivəsində Əmir Abdullahianın bəzi həmkarları, o cümlədən Azərbaycan Respublikasının xarici işlər naziri ilə də görüşü nəzərdə tutulub.

İran xarici işlər nazirinin Azərbaycan Respublikasına səfəri  elə bir halda baş tutur ki,Tehran və Bakı arasında son aylarda gərgin münasibətlər yaşanmışdır.

Tərəflər arasında son vaxtlar əlaqələri idarə etmək və gərginliyi azaltmaq üçün təmaslar və danışıqlar baş tutmuşdur, ona görə də İran xarici işlər nazirinin Bakıya səfəri önəmli sayılır.