Azərbaycan Respublikası bu ölkə vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edir
Fransada baş verən son hadisələrdən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu ölkə vətəndaşlarına fransaya səfər etməmək barədə xəbərdarlıq edib.
Aran Radiosunun məlumatına görə,Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bəyanatında həmçinin Fransaya səfər edən şəxslərə və Fransada yaşayan Azərbaycan Respublikası vətəndaşlarına maksimum ehtiyat tədbirlərinə riayət etməklə təhlükəsizlik tədbirlərinə tam diqqət yetirmələrini tövsiyə edib.
Sarı jiletlilərin qiyamı zamanı zorakılığa əl atmaqda günahlandırılan Fransa polisi iyunun 27-də Nanter şəhərində Əlcəzair əsilli gənci qətlə yetirib.Bu atışmada həlak olan gəncin 17 yaşı və maşının sürücüsü olub. 17 yaşlı gəncin qətlindən sonra Fransanın müxtəlif şəhərlərində iğtişaşlar və kütləvi nümayişlər keçirilir.