Azərbaycanlı zəvvarların Həccdən qayıdacağı tarix AÇIQLANDI
https://parstoday.ir/azeri/news/azerbaijan-i830-azərbaycanlı_zəvvarların_həccdən_qayıdacağı_tarix_aÇiqlandi
Azərbaycanlı zəvvarların ilk qrupunu Vətənə gətirəcək təyyarə iyulun 5-i saat 11.00-12.00 radələrində Bakıya çatacaq.
(last modified 2026-04-08T07:08:49+00:00 )
İyul 02, 2023 09:37 Asia/Baku
  • Azərbaycanlı zəvvarların Həccdən qayıdacağı tarix AÇIQLANDI

Azərbaycanlı zəvvarların ilk qrupunu Vətənə gətirəcək təyyarə iyulun 5-i saat 11.00-12.00 radələrində Bakıya çatacaq.

Bunu “Report”un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemə məsul şəxs olan Vüsal Cahangiri deyib.

O bildirib ki, qayıdış iyulun 11-dək davam edəcək: “Əksər zəvvarlar artıq Məkkədə vacib Həcc əməllərini yerinə yetiriblər. Bəzi qruplar da son əməlləri Kəbədə icra edirlər. Ayinlərini bitirən zəvvarlar ara-sıra Kəbə evinə düşüb oranı ziyarət edərək dualar edir, namazlarını qılırlar”.

Şöbə müdirinin sözlərinə görə, ilk 8 qrup sabahdan Mədinə şəhərinə yola düşəcək: “İyulun 2-dən 5-ə qədər orada olacaqlar. Həmin müddətdə Mədinənin gəzməli-görməli dini-tarixi yerləri ziyarət olunacaq”.

Zəvvarların səhhətinə gəlinə, V.Cahangiri əlavə edib ki, hər şey qaydasındadır, səhhətində problem olan yoxdur.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1 440 zəvvar gedib.

Bu il bir nəfərlik ziyarət paketinin qiyməti 5 750 ABŞ dolları təşkil edib.