Xunta rejimi dinc fələstinliləri qanlarına qəltan edir
(last modified Mon, 11 Nov 2024 06:37:51 GMT )
Noy 11, 2024 10:37 Asia/Baku
  • Xunta rejimi dinc fələstinliləri qanlarına qəltan edir

Sionist rejim ordusu öz vəhşiliklərinin davamında Qəzzənin mərkəzi Deyr əl-Bələh bölgəsində Əl-Əqsa Şəhidləri Xəstəxanasının ərazisinə sığınmış qaçqınların çadırlarına hücum edərək növbəti dəfə yeni cinayət törədib.

 

İranpress Xəbər Agentliyinin məlumatına görə, sionistlər Qəzzə xəstəxanalarında qaçqınlar, xəstələr və müharibə yaralılarının yerləşdiyi xəstəxanalara, təhlükəsiz yerlərə və çadırlara dəfələrlə hücum edib və nəticədə yüzlərlə fələstinli şəhid olub və yaralanıbdır.

Şənbə günü Əl-Əqsa Şəhidləri Xəstəxanası ərazisinə edilən hücumda isə çadırlar alovlanıb və onlarla qaçqın şəhid olub və ya yaralanıb.