“COP29”-da İranın diqqəti ədalətsiz sanksiyaların ölkənin ətraf mühitinə təsiri üzərindədir
Vitse-prezident və Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri deyib: “COP29” sammitində İranın diqqəti ölkənin ekologiyasına dolayısı ilə təsir edən birtərəfli və ədalətsiz sanksiyalar məsələsinə yönəlib.”
İqlim Dəyişikliyi Konvensiyasının 29-cu sessiyasında iştirak etmək üçün 11 noyabr bazar ertəsi Azərbaycana səfər edən Şina Ənsari Bakıya gəldikdən sonra İran nümayəndə heyətinin “COP 29”-da iştirakının məqsədlərinə toxunaraq deyib: “İran İqlim Dəyişikliyi Konvensiyasının üzvüdür və bununla bağlı yaxşı tədbirlər görüb , lakin sanksiyalar ölkənin ekologiyası üçün problemlər yaradıb.”
İran nümayəndə heyətinin başçısı bu qəddar sanksiyalarla yeni texnologiyalara çıxışın, sənayenin təkmilləşdirilməsinin, maliyyə resurslarının və xarici investisiyaların əhəmiyyətli dərəcədə məhdudlaşdırıldığını vurğulayaraq bildirib: “Nə qədər ki, İran İslam Respublikasına qarşı sanksiyalar tam ləğv olunmayıb, bu konvensiyanın prinsip və məqsədlərinə sadiqlik gözləməsi əsassız və məntiqsizdir.”
“İran İslam Respublikası bütün məhdudiyyətlərə və ədalətsiz sanksiyalara baxmayaraq, İqlim Dəyişikliyi Konvensiyasının müddəalarını həyata keçirmək üçün indiyədək müvafiq milli tədbirlər görüb. Bu tədbirlərin ən mühümləri arasında aşağı karbonlu iqtisadiyyat sənədinin hazırlanması, iqlim dəyişikliyi üzrə milli strategiya planının hazırlanması, iqlim dəyişikliyi məsələsinin 7-ci Milli Qanunun 22-ci maddəsinə əlavə bənd şəklində daxil edilməsi, nazirlər kabinetinin təsdiq etdiyi əsasnaməyə uyğun olaraq səlahiyyətli qurumların iştirakı ilə İqlim Dəyişikliyi üzrə Milli İşçi Qrupunun formalaşdırılmasına işarə etmək olar” - deyə, Ənsari bildirib.