İran Beynəlxalq Paralimpiya Komitəs tərəfindən 2025-ci ilin qalibi elan edib
Beynəlxalq Paralimpiya Komitəsinin sədri İranın "qadın idmanının təşviqi" bölməsində 2025-ci ilin qalibi kimi elan edilməsini İran Milli Paralimpiya Komitəsinə təbrik edib.
Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons Beynəlxalq Qadınlar Günü ilə bağlı təqdim edilən mükafatların qaliblərini dəyərləndirərkən deyib: "İranın Milli Paralimpiya Komitəsi göstərib ki, inkişaf yolu sərhəd və məhdudiyyət tanımır və Paralimpiya Hərəkatında qetri-mümkün yoxdur və elə həmin məsələ bərabər fürsətlər və əhatəli gələcəyə nail olmağın açarıdır".
O, əlavə edib: "Dəyişiklik idmanla başlayır və biz inanırıq ki, idman maneələri qırmaq və inklüzivliyi təşviq etmək və bütün insanlar üçün bərabər imkanlar yaratmaq gücünə malikdir. İdman vasitəsilə biz gücə, möhkəmliyə və hər bir insanın, qabiliyyətlərindən asılı olmayaraq, iştirak etmək, üstün olmaq və başqalarını ruhlandırmaq hüququna malik olduğu əsas həqiqətinə hörmət edirik”.Qeyd edək ki, İranın Milli Paralimpiya Komitəsi Beynəlxalq Paralimpiya Komitəsinin 2025-ci il Beynəlxalq Qadınlar Günü ilə bağlı təqdim etdiyi mükafatların üç qalibi arasında yer alıb.Bundan əvvəl İranın üçqat Paralimpiya çempionu Zəhra Neməti də Gənc Nəsil kateqoriyasında 2021-ci il Beynəlxalq Qadınlar Günündə Tanınma Mükafatını qazanmışdı.