Əraqçi: Trampın məktubuna cavabı Oman vasitəsilə göndərdik
https://parstoday.ir/azeri/news/iran-i10456-Əraqçi_trampın_məktubuna_cavabı_oman_vasitəsilə_göndərdik
İranın ABŞ prezidentinin məktubuna rəsmi cavabı lazımi qaydada və Oman ölkəsi vasitəsilə göndərilib.
(last modified 2025-03-29T11:02:24+00:00 )
Mart 28, 2025 06:00 Asia/Baku
  • Əraqçi: Trampın məktubuna cavabı Oman vasitəsilə göndərdik

İranın ABŞ prezidentinin məktubuna rəsmi cavabı lazımi qaydada və Oman ölkəsi vasitəsilə göndərilib.

İranın ABŞ prezidentinin məktubuna rəsmi cavabı lazımi qaydada və Oman ölkəsi vasitəsilə göndərilib.

Aran radiosu İRİB-ə istinadən xəbər verir ki, Bunu İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.

Əraqçi əlavə edib: Bu rəsmi cavab məktubunda mövcud vəziyyət və cənab Trampın məktubu ilə bağlı fikirlərimizin tam şəkildə izah olunduğu və qarşı tərəfə çatdırıldığı məktub daxildir.

Bizim siyasətimiz maksimum təzyiq və hərbi təhdidlər şəraitində birbaşa danışıqlara girməmək kimi qalır, lakin dolayı danışıqlar keçmişdə olduğu kimi davam edə bilər. Dolayı danışıqlar həm cənab Ruhani hökuməti, həm də Şəhid Rəisi hökuməti tərəfindən aparılıb.- İranın xarici işlər naziri vurğulayıb