Qalibaf: Rusiya Qərbin Fars körfəzində sabitliyi pozmaq planına kömək etməməlidir
https://parstoday.ir/azeri/news/iran-i1088-qalibaf_rusiya_qərbin_fars_körfəzində_sabitliyi_pozmaq_planına_kömək_etməməlidir
Rusiyanın Fars körfəzində sabitliyi pozmaq üçün Qərbin planına kömək etməməli olduğunu bildirən İslam Şurası parlamentinin sədri deyib: Rusiya ilə Fars Körfəzi Əməkdaşlıq Şurası arasında keçirilən iclasın bəyanatının məzmununu qətiyyətlə rədd edirik.
(last modified 2026-08-01T08:46:57+00:00 )
İyul 16, 2023 11:53 Asia/Baku
  • Qalibaf: Rusiya Qərbin Fars körfəzində sabitliyi pozmaq planına kömək etməməlidir

Rusiyanın Fars körfəzində sabitliyi pozmaq üçün Qərbin planına kömək etməməli olduğunu bildirən İslam Şurası parlamentinin sədri deyib: Rusiya ilə Fars Körfəzi Əməkdaşlıq Şurası arasında keçirilən iclasın bəyanatının məzmununu qətiyyətlə rədd edirik.

Qalibaf əlavə edib: Biz İranın qonşularına, o cümlədən Rusiyaya bəyan edirik ki, regionun sabitliyi və iqtisadi inkişafının qorunması yalnız mehriban qonşuluq prinsiplərinə riayət, o cümlədən ölkəmizin ərazi bütövlüyünə hörmət əsasında mümkündür.

İslam Şurası parlamentinin sədri bildirib: İranın ərazi bütövlüyü bu ölkənin yüz minlərlə ən pak və cəsur gəncinin qanı ilə qorunub saxlanılıb və bu barədə hər hansi söz-söhbət qəbul edilməzdir. O əlavə edib: Özü də Qərbin və NATO-nun geosiyasi ekspansionizminin qurbanı olan və ona qarşı mübarizə aparan Rusiya, İranın Fars körfəzində sabitliyin yeganə təminatçısı olduğu halda, Qərbin Fars körfəzində sabitliyi pozmaq üçün geosiyasi planına kömək etməməlidir.