Əraqçi: ABŞ ilə dolayı danışıqların dördüncü raundu bazar günü başlayacaq
(last modified Sat, 10 May 2025 10:39:20 GMT )
May 10, 2025 14:39 Asia/Baku
  • Əraqçi: ABŞ ilə dolayı danışıqların dördüncü raundu bazar günü başlayacaq

Xarici işlər naziri bazar günü İranın dolayı danışıqların dördüncü raundunun keçirilməsi ilə bağlı razılığını açıqlayıb və deyib: "Biz danışıqların başlama vaxtı ilə bağlı Oman tərəfdən koordinasiya gözləyirik".

 

Mayın 9-da xarici işlər naziri Seyid Abbas Əraqçi İran-ABŞ danışıqlarının dördüncü raundu, həmçinin Səudiyyə Ərəbistanı və Qətərə səfərinin təfərrüatları barədə Məşhəddə “Şəhrara" xəbər saytına müsahibə verib.

Xarici işlər naziri İran İslam Respublikasının danışıqların bu raundunda prinsipial mövqeləri, eləcə də onun təfərrüatları ilə bağlı deyib: Danışıqların vaxtı və yerini ev sahibi ölkə və ya vasitəçi, yəni Oman müəyyən edəcək. Omanlı dostlar bazar günü haqqında soruşdular və biz razılaşdıq. Görünür, onlar qarşı tərəflə də danışıqlar aparıblar və hələlik danışıqların bazar günü, mayın 11-də keçirilməsi planlaşdırılır. Danışıqların başlama vaxtı ilə bağlı biz Oman tərəfdən koordinasiyanı gözləyirik.

Danışıqların gedişi ilə bağlı Əraqçi əlavə edib: İstənilən halda danışıqlar irəliləyir və təbiidir ki, nə qədər çox irəliləyiş əldə ediriksə, bir o qədər çox məsləhətləşmələrə və nəzərdən keçirməyə ehtiyacımız olacaq. Bundan əlavə, qaldırılan məsələləri nəzərdən keçirmək üçün komitələrə daha çox vaxt lazımdır. Amma vacib olan odur ki, biz tədricən təfərrüatlara girmək üçün bir yolda irəliləyirik.