İran və Azərbaycan Ordusunun birgə hərbi təlimi “Araz-2025” Qarabağda keçiriləcək
May 18, 2025 14:46 Asia/Baku
SEPAH Quru Qoşunlarının xüsusi təyinatlıları ilə Azərbaycan Respublikası Ordusunun xüsusi təyinatlıları “Araz birgə təlimi” adlı hərbi təlimlərə başlayıblar. Təlimlər Azərbaycan Respublikasının işğaldan azad edilmiş Qarabağ bölgəsində keçirilir.
Təlimin rəhbəri, Sepah Quru Qoşunları Komandanının əməliyyatlar üzrə müavini general Vəli Mə’dəni bildirib ki, İranın xüsusi təyinatlı bir seçilmiş batalyonu və yüksək rütbəli hərbi heyət bu gün Ərdəbil vilayətində yerləşən Biləsuvar sərhədindən keçərək Azərbaycana daxil olub.Bu hərbi təlim 28-31 may tarixlərində Qarabağın azad olunmuş ərazilərində davam edəcək.
Teqlər