Hörmüz boğazında Amerika esminesləri və qırıcılarının yerləşdirilməsinə İranın reaksiyası
https://parstoday.ir/azeri/news/iran-i1158-hörmüz_boğazında_amerika_esminesləri_və_qırıcılarının_yerləşdirilməsinə_İranın_reaksiyası
İran medafiə və Silahlı Qüvvələrə Dəstək Naziri Amerika esminesləri və qırıcılarının Hörmüz boğazına yerləşdirilməsinə reaksiya olaraq deyib: İran İslam Respublikası elə bir güc və qabiliyyət mərhələsindədir ki kimsə onu hədələyə bilməz.
(last modified 2026-04-08T07:08:49+00:00 )
İyul 19, 2023 13:10 Asia/Baku
  • Hörmüz boğazında Amerika esminesləri və qırıcılarının yerləşdirilməsinə İranın reaksiyası

İran medafiə və Silahlı Qüvvələrə Dəstək Naziri Amerika esminesləri və qırıcılarının Hörmüz boğazına yerləşdirilməsinə reaksiya olaraq deyib: İran İslam Respublikası elə bir güc və qabiliyyət mərhələsindədir ki kimsə onu hədələyə bilməz.

İRNA-nın xəbərinə görə,briqada generalı Məhəmməd Rza Aştiani çərşənbə günü nazirlər kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, Amerika öz işlərini izləyir, lakin İran İslam Respublikası elə bir güc və qabiliyyət mərhələsindədir ki kimsə onu hədələyə bilməz.

Briqada generalı Aştiani İranın dünyada pilotsuz təyyarələrin istehsalı baxımında böyük gücü olduğunu bildirib və əlavə edib ki, pilotsuz təyyarələr döyüş, kəşfiyyat və kənd təsərrüfatı, xidmət və sənaye sahələrində mühüm rol oynayır.