İranın xarici işlər nazirinin BMT-nin Cenevrədə keçirilən İnsan Hüquqları Komitəsində çıxışı
İyun 21, 2025 06:05 Asia/Baku
Əraqçi: İran qəddar və təcavüzkar bir hücuma məruz qalıb
Cümə günü axşam saatlarında Cenevrədə BMT-nin İnsan Hüquqları Komitəsində çıxış edən Seyid Abbas Əraqçi bildirib: “Biz suverenliyimizi müdafiə etməkdə qətiyyətliyik. İsrail, beynəlxalq nəzarət altında olan dinc nüvə obyektlərimizə hücum etdi.”
O vurğulayıb ki, “Cenevrə razılaşmasının imzalayıcıları İsrailin bizə qarşı hücumunu məsuliyyətini üzərinə götürməlidir.”Əraqçi əlavə edib: “Biz haqsız və təcavüzkar bir hücuma məruz qalmışıq və İsrailə və onun tərəfdarlarına həqiqətləri təhrif etməyə icazə verə bilmərik.”“Biz diplomatik bir prosesin ortasında hücuma məruz qaldıq. İran və ABŞ arasında çox ümidverici bir razılaşma hazırlanırdı.