Əraqçi: Biz xəstəxanaya hücum etməmişik; təxliyə xəbərdarlıqlarımıza diqqət yetirin
Xarici işlər naziri “X” sosial şəbəkəsindəki hesabında yazıb: Bu səhər qüdrətli silahlı qüvvələrimiz dəqiqliklə İsrailin bir komandanlıq, idarəetmə və hərbi kəşfiyyat qərargahını və digər həyati bir hədəfi məhv etdilər.
Əraqçi əlavə edib: Partlayışın dalğası yaxınlıqda yerləşən "Soroka" hərbi xəstəxanasının kiçik bir hissəsinə səthi ziyan vurdu. Bu xəstəxana əsasən Qəzzada – 25 mil aralıda – soyqırıma qatılan İsrail əsgərlərinin müalicəsi üçün istifadə olunurdu. Halbuki İsrail orada fələstinlilərə məxsus xəstəxanaların 94%-ni məhv edib və ya onlara ziyan vurub.
Nazir davam edib: Qanı tökən tərəf İsrail rejimidir, İran yox. Xəstəxanaları və mülki şəxsləri hədəfə alan da məhz israilli müharibə cinayətkarlarıdır, iranlılar deyil. Ötən həftə İsrailin İran xalqına qarşı qanunsuz müharibəyə başlamasından bəri yüzlərlə günahsız iranlı heç bir səbəb olmadan öldürülüb.
Əraqçi sonda yazıb: Biz israillilərə bildiririk ki, hücumlardan əvvəl təxliyə xəbərdarlıqlarımıza diqqət yetirsinlər və hərbi və təhlükəsizlik obyektlərinə yaxınlaşmaqdan çəkinsinlər. Güclü silahlı qüvvələrimiz xalqımızı hədəfə alan cinayətkarların cəzalandırılmasına davam edəcək. Eləcə də onlar bu hərəkətlərini dayandırıb, xalqımıza qarşı etdikləri cinayətlərin əvəzini ödəməlidirlər.