Əraqçi: İranlılar torpaq yox, qan verib; şərəfini yox, ürəklərini veriblər
Xarici işlər naziri iqtidar şəhidlərinin dəfn mərasimində iştirak etdikdən sonra yazıb: Tarix yazacaq: Şəhidlərin itkisi ağır və ürək ağrıdan olsa da, onların xatirəsi və yolu oyaq nəslin qəlbində yaşayacaq, yetkin, agah, imanlı nəsillər onların yolunu davam etdirəcəklər.
Müəssisələr və binalar vacib və dəyərli olsalar da, illər keçsə də, zaman keçdikcə yenidən əzəmətli və daha möhkəm olaraq bərpa edilirlər. Bir millətin qüruru hər şeydən qiymətlidir. Bu gün nüvə silahı ilə silahlanmış iki rejimə qarşı qəhrəmancasına müqavimət göstərən iranlılar öz şərəf və qürurlarını qoruyub saxlayıb, indi gələcəyə həmişəkindən daha qürurlu, daha şərəfli və daha möhkəm baxırlar.İranın min illərlə davam edən şanlı tarixində bu on iki gün müqavimət səhrasında ləl-cəvahir kimi parlayacaq. Tarix yazacaq: İranlılar torpaq yox, qan verib; şərəfini yox, ürəklərini veriblər. Bir neçə min ton ağırlığında bomba yağışı altında dayandılar və təslim olmadılar. İran, mənim vətənim, vücudum “təslim ol” sözünə yaddır. Və İmam Hüseyninin (ə) “Zillət bizdən uzaqdır” fəryadı bu il Məhərrəm ayında həmişəkindən daha çox eşidilir.