Qəribabadi: Tətik mexanizmini aktivləşdirmək cəhdi sui-istifadə və qeyri-qanunidir
https://parstoday.ir/azeri/news/iran-i12028-qəribabadi_tətik_mexanizmini_aktivləşdirmək_cəhdi_sui_istifadə_və_qeyri_qanunidir
İran Xarici İşlər Nazirliyinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi bildirib ki, İrana qarşı edilən hücum BMT Nizamnaməsi üçün tarixi bir sınaqdır və belə bir şəraitdə Avropa üçlüyünün (Fransa, Almaniya, Britaniya) tətik mexanizmini işə salmağa çalışması həm sui-istifadə, həm də qeyri-qanuni bir addımdır.
(last modified 2025-07-23T13:27:39+00:00 )
İyul 22, 2025 23:17 Asia/Baku
  • Qəribabadi: Tətik mexanizmini aktivləşdirmək cəhdi sui-istifadə və qeyri-qanunidir

İran Xarici İşlər Nazirliyinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi bildirib ki, İrana qarşı edilən hücum BMT Nizamnaməsi üçün tarixi bir sınaqdır və belə bir şəraitdə Avropa üçlüyünün (Fransa, Almaniya, Britaniya) tətik mexanizmini işə salmağa çalışması həm sui-istifadə, həm də qeyri-qanuni bir addımdır.

 

Qəribabadi qeyd edib:

 

“Bu üç ölkə, İranla əldə edilmiş nüvə razılaşmasında üzərlərinə düşən əsas öhdəlikləri yerinə yetirməyiblər və son hücumda açıq şəkildə təcavüzkar tərəfi dəstəkləyiblər. Ona görə də, 7 ildir icra olunmayan bir razılaşma üzrə tətik mexanizmini işə salmaq nə hüquqi, nə də siyasi baxımdan əsaslandırıla bilməz və bu cəhd qəbuledilməzdir.”

 

Qəribabadi, BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən “Çoxtərəfli yanaşma və münaqişələrin dinc yolla həlli vasitəsilə beynəlxalq sülh və təhlükəsizliyin təşviqi” adlı yüksək səviyyəli iclasında çıxış edərkən, beynəlxalq qurumların ABŞ və sionist rejimin İranın ərazisinə qarşı açıq təcavüzü qarşısında susqunluğuna və ikili standartlara qarşı xəbərdarlıq edib.

 

O əlavə edib:

 

“Biz inanırıq ki, sülh bombalarla və zorakılıqla deyil, hüquq, ədalət və diplomatiya vasitəsilə əldə olunur. Təcavüzün adiləşdirilməsi qəti şəkildə rədd edilməlidir. Təhlükəsizlik Şurası, bəzi güc mərkəzlərinin alətinə çevrilməməli, ölkələrin ölçüsü, gücü və ya siyasi yönümündən asılı olmayaraq, ədalət, sülh və təhlükəsizliyin qoruyucusu olmalıdır.”