İslam İnqilabının Ali Rəhbərinin İsveçdə Qurani-Kərimə hörmətsizlik olunması ilə bağlı müraciəti
https://parstoday.ir/azeri/news/iran-i1208-İslam_İnqilabının_ali_rəhbərinin_İsveçdə_qurani_kərimə_hörmətsizlik_olunması_ilə_bağlı_müraciəti
Qurani-Kərimə qarşı hörmətsizlik edənə ən ağır cəza verilməsi bütün İslam alimlərinin yekdil nəzəridir.
(last modified 2026-08-01T08:46:57+00:00 )
İyul 22, 2023 13:47 Asia/Baku
  • İslam İnqilabının Ali Rəhbərinin İsveçdə Qurani-Kərimə hörmətsizlik olunması ilə bağlı müraciəti

Qurani-Kərimə qarşı hörmətsizlik edənə ən ağır cəza verilməsi bütün İslam alimlərinin yekdil nəzəridir.

 

Irnanın məlumatına görə,İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xamenei müraciət ünvanlayaraq ​​İsveçdə Qurani-Kərimə qarşı hörmətsizliyi acı, fitnə xarakterli və təhlükəli hadisə adlandıraraq vurğulayıb: “Qurani-Kərimə qarşı hörmətsizlik edənə ən ağır cəza verilməsi bütün İslam alimlərinin yekdil nəzəridir. İsveç hökuməti cinayətkarı İslam ölkələrinin məhkəmə sistemlərinə təhvil verməlidir.”

İslam İnqilabının Böyük Rəhbərinin müraciətinin mətni belədir:

Bismillahir-Rəhmani-Rəhim

İsveçdə Qurani-Kərimə qarşı hörmətsizlik acı, fitnə xarakterli və təhlükəli hadisədir. Qurani-Kərimə qarşı hörmətsizlik edənə ən ağır cəza verilməsi bütün İslam alimlərinin yekdil nəzəridir. İsveç hökuməti də bilməlidir ki, cinayətkarı dəstəkləməklə İslam dünyasına qarşı müharibə mövqei tutub, bütün müsəlman xalqların və onların bir çox hökumətlərinin nifrət və düşmənçiliyini özünə qarşı yönəltmişdir.

O hökumətin vəzifəsi budur ki, cinayəti törədəni İslam ölkələrinin məhkəmə sistemlərinə təhvil versin. Pərdə arxasındakı məkrli planlar quranlar da bilməlidirlər ki, Qurani-Kərimin müqəddəsliyi və şövkəti günü-gündən artacaq, onun hidayət nurları daha da parlaq olacaqdır.

Bu kimi məkrli əməllər və onun icraçıları  getdikcə artan bu parlaqlığın qarşısını ala bilməkdən çox acizdirlər. Allah Öz işində qalibdir.

Seyid Əli Xamenei31 tir 1402 – 22 iyul 2023