İsveç hökumətinin Quranın təhqirini pisləməsi kifayət deyil
https://parstoday.ir/azeri/news/iran-i1226-İsveç_hökumətinin_quranın_təhqirini_pisləməsi_kifayət_deyil
İran prezidenti İbrahim Rəisi : “İsveç hökumətinin Quranın təhqirini pisləməsi kifayət deyil. Cinayəti törədənlər məsuliyyətə cəlb edilməlidir”.
(last modified 2023-07-24T07:17:12+00:00 )
İyul 23, 2023 08:46 Asia/Baku
  • İsveç hökumətinin Quranın təhqirini pisləməsi kifayət deyil

İran prezidenti İbrahim Rəisi : “İsveç hökumətinin Quranın təhqirini pisləməsi kifayət deyil. Cinayəti törədənlər məsuliyyətə cəlb edilməlidir”.

İRNA-nın məlumatına görə, İbrahim Rəisi Dövlət Başçılarının İqtisadi Koordinasiya Ali Şurasının 91-ci iclasındakı çıxışında İsveç hökumətinin müsəlmanların müqəddəs kitabını təhqir etmək cinayəti ilə bağlı mövqeyini pisləyib.

Rəisi qeyd edib: İslam İnqilabının Ali Məqamlı Rəhbərinin vurğuladığı kimi, bu təhlükəli hadisədir və İsveç hökumətinin bu cinayət əməlinə dəstək verməsi İslam dünyasına qarşı müharibənin etirafı kimi qiymətləndirilir.

Rəisi İran və İsveç səfirlərinin missiyalarının dayandırılması və yeni səfirlərin mübadiləsinin qadağan edilməsi əmrinə toxunaraq əlavə edib: “İsveç hökumətinin Qurani-Kərimin təhqir olunmasını pisləyən bəyanat yayması heç bir halda kifayət deyil. Həmin ölkənin hökuməti cinayəti törədənləri məsuliyyətə cəlb etməlidir”.