Əmir-Abdullahian BƏƏ xarici işlər naziri ilə telefon danışığı aparıb
İyul 23, 2023 10:19 Asia/Baku
İranın xarici işlər naziri ilə BƏƏ-nin xarici işlər naziri ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə ediblər.
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian və BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Aali-Nihyan ümumi maraqların həyata keçirilməsi və regionun sabitliyi və rifahının dəstəklənməsi məqsədilə ikitərəfli əlaqələr və əməkdaşlığın gücləndirilməsi yolları haqqında fikir mübadiləsi aparıblar.
İran və BƏƏ son aylarda siyasi və regional müstəvidə ziddiyyətli hadisələrə baxmayaraq, münasibətləri gərginliyin artmasının qarşısını alacaq şəkildə idarə etmək və hər iki ölkənin xüsusilə ticarət və iqtisadi sahədə mövcud imkanlarından istifadə etmək istəyiblər.