Ermənistan Cənubi Qafqazda ABŞ təhlükəsizlik qüvvələrinin yerləşməsinə icazə verməyəcək
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzayi:Bu gün keçirilən iclasda öncə Xarici İşlər Nazirliyinin Avrasiya baş direktoru, Cənubi Qafqaz bölgəsindəki son hadisələr, xüsusilə Ermənistan və Azərbaycan arasındakı yol xətti ilə bağlı son vəziyyət və İran İslam Respublikasının mövqeyi və narahatlıqları barədə geniş bir hesabat təqdim etdi.
Daha sonra xarici işlər naziri Abbas Əraqçi komissiya üzvləri ilə görüşdə iki əsas hesabat təqdim etdi. Birinci hesabat Cənubi Qafqazdakı proseslər və Ermənistanla Azərbaycan arasındakı yol dəhlizi ilə bağlı idi. O, qeyd etdi ki, İran İslam Respublikası bölgədə hər hansı geosiyasi dəyişikliyə, sərhədlərin dəyişdirilməsinə və ya ölkələrin suverenliyinin pozulmasına qarşıdır.
Xarici işlər naziri həmçinin bildirdi ki, İranın əsas və prinsipial mövqeyi Azərbaycan və Ermənistan arasında imzalanmış birgə bəyanatda öz əksini tapıb. Bu bəyanatda sərhədlərin dəyişdirilməzliyi, ölkələrin suverenliyi və ərazi bütövlüyünün qorunması, Ermənistanın bu yol üzərindəki hüquqi səlahiyyətləri və qarşılıqlı fəaliyyətə dair müddəalar vurğulanıb.
Nazir əlavə edib ki, Ermənistan ABŞ təhlükəsizlik qüvvələrinin regionda mövcudluğuna icazə verməyəcək. Bundan əlavə, İran ilə Ermənistan arasında strateji əməkdaşlıq sazişi hazırlanma mərhələsindədir.