İranda İsrail rejiminə bağlı terror şəbəkəsi dağıdıldı
https://parstoday.ir/azeri/news/iran-i1280-İranda_İsrail_rejiminə_bağlı_terror_şəbəkəsi_dağıdıldı
İranın Təhlükəsizlik Nazirliyi ölkənin bir neçə əyalətində sionist İsrail rejiminə bağlı terror təşkilatının üzvlərinin həbs edildiyini açıqlayıb.
(last modified 2023-07-26T05:50:43+00:00 )
İyul 25, 2023 12:08 Asia/Baku
  • İranda İsrail rejiminə bağlı terror şəbəkəsi dağıdıldı

İranın Təhlükəsizlik Nazirliyi ölkənin bir neçə əyalətində sionist İsrail rejiminə bağlı terror təşkilatının üzvlərinin həbs edildiyini açıqlayıb.

Nazirlik bəyanat yayaraq, Tehran, Kirman, İsfahan, Kürdüstan və Mazandaran əyalətlərində çoxsaylı təxribat törətməyi planlaşdıran geniş terror şəbəkəsinin üzvlərinin İran İslam Respublikasının təhlükəsizlik xidməti tərəfindən müəyyən edilərək həbs edildiyini bildirib.

Açıqlamada qeyd olunur ki, Danimarka və Hollandiyada yerləşən terror mərkəzləri vasitəsilə İsrailə bağlı casusluq təşkilatı ilə əlaqəsi olan və İsrail tərəfindən maliyyə dəstəyi alan təşkilatın üzvləri bir neçə terror əməliyyatı keçirməyi planlaşdırıblar.