İran rəsmisi qonşu ölkə ilə yeni əməkdaşlıq sahəsindən danışdı
İyul 27, 2023 14:38 Asia/Baku
Məhəmməd İslami: Nüvə mütəxəssislərini yetişdirmək üçün Türkiyə ilə əməkdaşlığa hazırıq
İranın Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami Türkiyənin Tehrandakı səfiri Hicabi Kırlanqıc ilə görüşdə nüvə mütəxəssislərinin yetişdirilməsi üçün Türkiyə ilə əməkdaşlığa hazır olduqularını bildirib.
Cənab İslami deyib: “İranın radioəczaçılıq məhsullarının Türkiyəyə ixracı sahəsində əməkdaşlığın canlanmasını gözləyirik”.
Görüşdə tərəflər atom elektrik stansiyalarının istifadəyə hazırlanması ilə bağlı təcrübə mübadiləsi barədə də fikir mübadiləsi aparıblar.