İranın Ali Rəhbəri: Şəhidlərin, xüsusən də Minab şəhidlərinin qanının intiqamından imtina etməyəcəyik
İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei bəyan edib: Bütün vətəndaşlara əminlik veririk ki, biz şəhidlərinizin qanının intiqamından imtina etməyəcəyik.
Ayətullah Seyid Müctəba Xameneinin ilk rəsmi mesaj bir neçə dəqiqədən sonra yayımlanacaq.Mesaj yeddi əsas başlıq üzrə strateji xarakter daşıyır və şəhid rəhbər, xalqın rolu və vəzifələri, silahlı qüvvələr, icraedici orqanlar, müqavimət cəbhəsi, həmçinin regional ölkələr və düşmənlərlə münasibət barədə xüsusi məqamları əhatə edir.Xalq kütlələrinin istəyi, effektiv və peşmanedici müdafiənin davam etdirilməsidir; meydanlardakı iştirak qorunub saxlanmalı və Hörmüz boğazı bağlı qalmağa davam etməlidir.- Millətin bütün fərdləri və təbəqələri arasında adətən çətinlik zamanı xüsusi şəkildə özünü büruzə verən birliyə xələl gəlməməlidir. Buna isə ixtilaf nöqtələrindən keçərək (fikir ayrılıqlarını kənara qoyaraq) nail olunacaqdır.- Meydanlardakı effektiv iştirak qorunmalıdır; istər bu müharibə günlərində və gecələrində nümayiş etdirdiyiniz şəkildə, istərsə də müxtəlif sosial, siyasi, tərbiyəvi, mədəni və hətta təhlükəsizlik sahələrindəki müxtəlif effektiv fəaliyyətlər formasında.2026-cı il Qüds Günü mərasimində iştirakın əhəmiyyətini xatırladıram; tədbirdə düşmənə qarşı mübarizə ruhunun hər kəs tərəfindən nəzərə alınması vacibdir.Cəsur döyüşçülərimizə dərin minnətdarlığımı bildirirəm; xalqımız və əziz vətənimiz ədalətsiz şəkildə Qərb cəbhəsinin hücumuna məruz qalarkən, onlar sarsıdıcı zərbələri ilə düşmənin yolunu bağlamış və onu ölkəmizin üzərində hökmranlıq və ya mümkün parçalanma illüziyalarından çıxarmışlar.Şübhəsiz, Hörmüz boğazının bağlanması alətindən istifadə davam etdirilməlidir. Düşmənin təcrübəsinin az olduğu və ağır zərər görəcəyi digər cəbhələrin açılması ilə bağlı araşdırmalar aparılıb; bunların aktivləşdirilməsi müharibə vəziyyəti davam etdikcə və strateji maraqlar nəzərə alınmaqla həyata keçiriləcək.Müqavimət cəbhəsinin döyüşçülərinə səmimi təşəkkürümü bildirirəm. Biz müqavimət cəbhəsi ölkələrini ən yaxın dostlarımız hesab edirik və müqavimət işi, müqavimət cəbhəsi İslam İnqilabının dəyərlərindən ayrıla bilməz bir hissəsidir. Şübhəsiz, bu cəbhənin üzvlərinin bir-biri ilə həmrəyliyi sionist fitnəsindən qurtulma yolunu qısaldır; gördüyümüz kimi, cəsur və imanlı Yəmən xalqı Qəzza əhalisininin müdafiəsindən əl çəkmədi, fədakar Hizbullah bütün maneələrə baxmayaraq İran İslam Respublikasına dəstək verdi və İraq müqaviməti də eyni xətti cəsur şəkildə davam etdirir.Hamıya əminliklə bildirirəm ki, sizlərin şəhid qanının qisasından vaz keçməyəcəyik. Planlaşdırdığımız qisas yalnız İnqilabın böyük rəhbərinin şəhidliyi ilə bağlı deyil; düşmən tərəfindən şəhid edilən hər bir xalq üzvü ayrıca qisas mövzusu sayılır. Hələlik bu qisasın bir hissəsi həyata keçirilsə də, tam həcmə çatmayana qədər bu məsələ digər işlər üzərində prioritet olaraq qalacaq və xüsusilə uşaqlarımızın qanına qarşı daha həssas davranacağıq. Buna görə də düşmənin Şəcəreye Təyyibə (Minab) və bəzi oxşar yerlərdə qəsdən törətdiyi cinayət xüsusi diqqətə malikdir.Qeyd etmək istəyirəm ki, hər halda düşməndən kompensasiya alacağıq; əgər imtina etsə, biz onun əmlakından özümüzə lazım qədər götürəcəyik və əgər bu da mümkün olmasa, həmin miqdarda əmlakını məhv edəcəyik.Biz 15 qonşu ölkə ilə quru və ya su sərhədinə malikik və hər zaman onlarla isti və konstruktiv əlaqələr qurmağa çalışmışıq və hazırda da bunu istəyirik. Lakin düşmən illərdir ki, bəzi ölkələrdə hərbi və maliyyə bazaları yaradaraq bölgədə öz hökmranlığını təmin etməyə çalışır. Son hücum zamanı bəzi hərbi bazalardan istifadə olunub; biz isə açıq xəbərdarlıq etdiyimiz kimi, həmin ölkələrə toxunmadan yalnız həmin bazaları hədəf almışıq. Bundan sonra da bu əməliyyatı davam etdirmək məcburiyyətində qalacağıq; lakin qonşularımızla dostluğun vacibliyinə inanırıq. Bu ölkələr öz vətənimizə təcavüz edənlər və xalqımızın qətlində iştirak edənlərlə mövqelərini müəyyən etməlidirlər. Tövsiyəm odur ki, həmin bazaları mümkün qədər tez bağlasınlar; çünki artıq başa düşüblər ki, ABŞ-nin təhlükəsizlik və sülh iddiaları sadəcə yalandır.