Prezident Pezeşkiandan hərbi komandanların yeni təyinatları ilə bağlı təbrik mesajları
Prezident ayrı-ayrı mesajlarında general-mayor Əhməd Vəhidinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Mustafa İzədinin SEPAH baş komandanının müavini, höccətül-islam vəl-müslimin Hüseyn Taibin Bəsic (könüllülər) Təşkilatının rəhbəri və kontr-admiral Əli Əzmayinin SEPAH Hərbi-Dəniz Qüvvələrinin komandanı vəzifələrinə təyin olunmaları münasibətilə təbriklərini çatdırıb.
Məsud Pezeşkian Əhməd Vəhidiyə ünvanladığı təbrik mesajında onun İslam İnqilabının Ali Rəhbəri tərəfindən SEPAH-ın baş komandanı vəzifəsinə təyin olunmasını İran İslam Respublikasının müdafiəsi sahəsində göstərdiyi ləyaqət, uzaqgörənlik, bəsirət və fədakarlıqlarının göstəricisi kimi qiymətləndirib.O, SEPAH-ı ölkənin müdafiəsi və milli təhlükəsizliyin qorunmasında misilsiz irsə malik və təsirli bir qurum kimi xarakterizə edib. Prezident çəkindiricilik qabiliyyətinin gücləndirilməsini, elmi və texnoloji potensialın inkişaf etdirilməsini, gənclərin və istedadlı insanların imkanlarından istifadə olunmasını, İranın müdafiəsinə hazırlığın qorunmasını və milli birliyin gücləndirilməsinə yardım göstərilməsini ölkənin qüdrətinin əsas tələbləri kimi qeyd edib və xalqa xidmət, İran İslam Respublikasının yüksəlişi naminə hökumət və SEPAH arasında əməkdaşlığın davam etdirilməsini vurğulayıb.Pezeşkian digər mesajında Mustafa İzədinin SEPAH baş komandanının müavini vəzifəsinə təyin olunmasını təbrik edərək, onun təcrübəsi və idarəçilik qabiliyyətini, müdafiə və təhlükəsizlik sahəsindəki dəyişikliklərə bələdliyini və keçmiş təcrübəni gələcəyin tələbləri ilə əlaqələndirmək bacarığını bu vəzifənin tələbləri kimi qiymətləndirib.O, İzədinin SEPAH-ın cihad ruhunda fəaliyyət göstərən potensialından istifadə etməklə bu qurumun hazırlığının, birliyinin və səmərəliliyinin gücləndirilməsində, İranın təhlükəsizliyi və maraqlarının qorunmasında mühüm rol oynayacağına ümidvar olduğunu bildirib. Pezeşkian həmçinin gənc və mütəxəssis qüvvələrin imkanlarından istifadə edilməsini, nəsillər arasında təcrübənin ötürülməsini və ölkənin müdafiə qüdrətinin artırılması üçün elmi və texnoloji potensialın gücləndirilməsini vurğulayıb.Prezident həmçinin ayrı-ayrı mesajlarında Hüseyn Taibin Bəsic Təşkilatının rəhbəri, Əli Əzmayinin isə SEPAH Hərbi-Dəniz Qüvvələrinin komandanı vəzifəsinə təyin olunmalarını təbrik edib.Pezeşkian Bəsici «soy ağac» və İmam Xomeyninin (r) qiymətli irsi, xalqın içindən yaranmış bir qurum kimi xarakterizə edib və onun imkanlarından xalqa xidmət göstərilməsi, cəmiyyətin problemlərinin həlli, gənclərə imkan yaradılması, eləcə də onların elmi və ixtisaslaşmış potensialından istifadə olunması üçün yararlanılmasını vurğulayıb.O, Əli Əzmayinin təyinatı ilə bağlı isə İran İslam Respublikasının dəniz sərhədlərinin təhlükəsizliyini və ölkənin dənizdəki maraqlarının qorunmasını milli maraqların və ölkənin strateji qüdrətinin mühüm hissəsi hesab edib. Prezident Əzmayinin tədbirləri və təcrübəsi sayəsində SEPAH Hərbi-Dəniz Qüvvələrinin İranın dəniz sərhədlərinin və milli maraqlarının qorunmasında bundan sonra da mühüm rol oynayacağına əminliyini ifadə edib.