SEPAH təlimlərində süni intellektlə təchiz edilmiş PUA-dan istifadə etdi
İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin həyata keçirdiyi yeni hərbi təlimində süni intellektlə təchiz edilmiş PUA-lardan və pilotsuz gəmilərdən istifadə edilib. Bu təlimdə şərti təyin edilmiş hədəflər dəqiqliklə məhv edilib.
İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin Fars körfəzindəki İran adalarının müdafiəsində güc nümayişi etdirərək Əbu Musa adasını təlim mərkəzi qərar verərək bu gün səhər (çərşənbə) hərbi təlimlərə başlayıb.
“Sərdar Şəhid İshaq Dara”-nın şərəfinə adlandırılmış və “Fars körfəzi və İran adalarının təhlükəsizliyinin qorunmasında SEPAH Hərbi Dəniz Qüvvələrinin nüfuzunu və döyüş müdafiə hazırlıqlarını göstərmək” məqsədi daşımaqla həyata keçiriləcək bu təlimə İran ordusunun müxtəlif döyüş təyinatlı dəstələri cəlb edilib.
Bu təlimdə yüksək sürətə malk raket atan gəmilər, məsafədən idarə olunan pilotsuz uçuş aparatları və süni intellektlə təchiz edilmiş gəmilər, amfibiya təyyarələri və dəniz bazalı ballistik raketləri ilə təlimin müxtəlif hissələrində dəqiq və yüksək səviyyəli əməliyyatlar icra edilib.