İranın xarici işlər naziri Kəraçiyə səfər edib
İranın xarici işlər naziri İslamabaddan Kəraçiyə yola düşüb.
İranın Xarici İşlər Naziri Hüseyn Əmir-Abdullahian Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdarinin rəsmi dəvəti ilə çərşənbə günü axşam yüksək səviyyəli siyasi-parlament və iqtisadi nümayəndə heyəti ilə birlikdə İslamabada səfər edib.
İranın xarici işlər naziri Pakistana rəsmi səfərinin ikinci günündə Pakistan ordusu komandanı general Seyid Asim Munir ilə görüşüb və ikitərəfli əməkdaşlıqla bağlı son hadisələr barədə fikir mübadiləsi aparıb.
Əmir-Abdullahian cümə axşamı günü İslamabadda ilk işgüzar görüşündə Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə görüşərək pakistanlı həmkarı ilə birgə mətbuat konfransında iştirak edib.
İranın XİN rəhbəri , Pakistanın baş naziri Şehbaz Şərif, bu ölkənin Senat və Milli Assambleyalarının prezidentləri ilə də görüşüb.
İranın xarici işlər naziri İslamabaddan Pakistanın maliyyə və ticarət mərkəzi həmçinin ən böyük limanı olan Kəraçiyə səfər edib
Əmir-Abdullahian bu gün Kəraçiyə səfəri zamanı yerli hökumət rəsmiləri və iş adamları ilə görüşüb söhbət edəcək.
Pakistan, İranla qonşu ölkələrdən biri olaraq, 900 kilometrdən çox quru sərhədi ilə İraqdan sonra İranla ən uzun ortaq sərhədə sahibdir.