İranın çimərlik futbol komandası Azərbaycan komandasına qalib gəlib
https://parstoday.ir/azeri/news/iran-i1488-İranın_çimərlik_futbol_komandası_azərbaycan_komandasına_qalib_gəlib
İranın çimərlik futbolu üzrə milli komandası Belarusda keçirilən beynəlxalq yarışda ilk oyununda Azərbaycan milli komandasına qalib gəlib.
(last modified 2023-08-07T07:08:49+00:00 )
Avq 06, 2023 06:27 Asia/Baku
  • İranın çimərlik futbol komandası Azərbaycan komandasına qalib gəlib

İranın çimərlik futbolu üzrə milli komandası Belarusda keçirilən beynəlxalq yarışda ilk oyununda Azərbaycan milli komandasına qalib gəlib.

İranın çimərlik futbolu üzrə milli komandası şənbə günü (5 avqust) Belarusun ev sahibliyi etdiyi Müstəqil Dövlətlər Birliyi (MDB) Oyunlarının ikinci turunda Azərbaycanla qarşılaşaraq yekunda 3:1 hesabı ilə qalib gəlib.

İran Belarus, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri komandaları ilə II Müstəqil Dövlətlər Birliyi (MDB) Oyunlarının birinci qrupunda yer alıb.

İranın çimərlik futbolu üzrə milli komandası Sankt-Peterburq turnirində iştirak etdikdən sonra MDB çimərlik futbolu yarışlarında iştirak edib.