Mərkəzi Asiya ölkələri İran yolu ilə açıq dənizə qovuşur
https://parstoday.ir/azeri/news/iran-i1524-mərkəzi_asiya_ölkələri_İran_yolu_ilə_açıq_dənizə_qovuşur
İran İslam Respublikası, Özbəkistan və Türkmənistan nəqliyyat dəhlizi yaradacaqlar.
(last modified 2023-08-09T07:43:13+00:00 )
Avq 08, 2023 18:39 Asia/Baku
  • Mərkəzi Asiya ölkələri İran yolu ilə açıq dənizə qovuşur

İran İslam Respublikası, Özbəkistan və Türkmənistan nəqliyyat dəhlizi yaradacaqlar.

 

İranın Yollar və Şəhərsalma Nazirliyi və Özbəkistanın Nəqliyyat Nazirliyi, Türkmənistanla nəqliyyat dəhlizinin yaradılması barədə müzakirələr aparıblar.

Bu barədə Özbəkistan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər İran ərazisindən keçən beynəlxalq avtomobil daşımaları üçün rüsumların azaldılması, eləcə də İranın Bəndər Abbas və Çabahar limanlarından istifadə imkanları barədə razılığa gəliblər.