İngiltərə səfiri İİR XİN-ə çağırılıb
Jurnalist günü ilə bir zamanda sosial şəbəkələrin birində müdaxilə mahiyyətli məzmunun yayılmasının ardınca İngiltərənin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu çağırışda diplomatik qayda-qanunlar və normalardan uzaq yanaşmalarla əlaqədar, ölkəmizin etiraz halları İngiltərə səfirinə bəyan edilib.İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa şöbəsinin müdiri Məcid Nili-Əhmədabadi bu məsələ ilə bağlı bildiribdir ki: Düşünülməmiş, məsuliyyətsiz və diplomatik normalardan kənar mətləblər/ daxili məsələlərə müdaxilənin bariz nümunəsi olaraq, qəbuledilməzdir!İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa şöbəsinin müdiri həmçinin Londonda yerləşən bəzi mediaların söz azadlığı bəhanəsilə İran İslam Respublikası əleyhinə təxribatçı hərəkətlərinə işarə ilə qeyd edibdir ki: İran xalqı qarşısında müdafiəolunmaz keçmişə malik olan İngiltərə, İran İslam Respublikası barədə "fikir bildirmək istəmək" həddində deyildir!İngiltərə səfiri Saymon Şerkliff də deyilənlərə cavab olaraq, ölkəsinin İran İslam Respublikası ilə hörmətə əsaslanan əlaqələrin qorunması üzrə iradəsinə təkid edib.