İranın şimalında raket təlimi keçirilib
https://parstoday.ir/azeri/news/iran-i1576-İranın_şimalında_raket_təlimi_keçirilib
İran silahlı qüvvələri ölkənin şimalında, Mazandaran vilayətinin Kiasar şəhərində “Hörümçək yuvası” adlı raket təlimi keçirib.
(last modified 2026-08-01T08:46:57+00:00 )
Avq 10, 2023 12:44 Asia/Baku
  • İranın şimalında raket təlimi keçirilib

İran silahlı qüvvələri ölkənin şimalında, Mazandaran vilayətinin Kiasar şəhərində “Hörümçək yuvası” adlı raket təlimi keçirib.

Çərşənbə günü keçirilən "Hörümçək yuvası" təlimində Kiasar əhalisi və bir sıra xarici qonaqlar iştirak edib.

Hərbi təlimdə tətbiq edilən raketlər şərti düşmənin əvvəlcədən müəyyən edilmiş hədəflərini dəqiqliklə vurub. Hansı ki, burada simvolik olaraq, sionist rejimin hədəfləri idi. 

Tədbirin xüsusi qonağı İraq Xalq Səfərbər Qüvvələrinin mədəniyyət məsələləri üzrə komandirinin müavini Seyid Haşim Əl-Heydəri olub.

İranın şimal bölgəsində raket hadisəsi 8 il əvvəldən hər il həyata keçirilir.