İran, Azərbaycan və Rusiya elektrik şəbəkələrinin birləşdirilməsi üzrə üçtərəfli görüş keçirilib
Moskvada İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələrinin birləşdirilməsinə dair üçtərəfli görüş keçirilib.
İran İslam Respublikası, Azərbaycan Respublikası və Rusiya energetika nazirlərinin müavinlərinin iştirakı ilə keçirilən bu iclasda layihənin ən yaxşı şəkildə həyata keçirilməsi üçün ölkələrin koordinasiyası üzrə son texniki tədbirləri araşdırılıb və yekun rəy mübadiləsi aparılıb.
Görüşdə İranın energetika nazirinin müavini Homayun Haeri iştirak edib.
Elektrik enerjisi mübadiləsini və ixracını genişləndirmək məqsədi ilə İranın qonşu ölkələrlə elektrik şəbəkəsi əlaqələrinin beynəlxalq standartlara uyğun inkişafı , Energetika Nazirliyinin vurğuladığı proqramlardan biridir ki onun həyata keçirilməsini əsas siyasətlərindən biri kimi elan edib.