Aİ, Fransa və Rusiya Şahçıraq (ə) ziyarətgahına edilən terror aktını pisləyib
https://parstoday.ir/azeri/news/iran-i1634-aİ_fransa_və_rusiya_Şahçıraq_(ə)_ziyarətgahına_edilən_terror_aktını_pisləyib
Avropa İttifaqı, Fransa Xarici İşlər Nazirliyi və Rusiyanın xarici siyasət sözcüsü bazar ertəsi Şahçıraq (ə) ziyarətgahında törədilən terror aktını pisləyib.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Avq 15, 2023 12:29 Asia/Baku
  • Aİ, Fransa və Rusiya Şahçıraq (ə) ziyarətgahına edilən terror aktını pisləyib

Avropa İttifaqı, Fransa Xarici İşlər Nazirliyi və Rusiyanın xarici siyasət sözcüsü bazar ertəsi Şahçıraq (ə) ziyarətgahında törədilən terror aktını pisləyib.

Qeyd edək ki, bazar günü axşam İŞİD-çi terroristlər odlu silahla Həzrət Əhməd ibn Musanın (ə) Şirazdakı hərəminə daxil olaraq zəvvarlara və xidmətçilərə atəş açmağa başlayıb.

Bu hadisə zamanı indiyədək 2 şəhid və 7 nəfərin yaralandığı və ağır xəsarət aldığı bildirilib. Onların hamısı tibb məntəqələrinə aparılıb, müalicəsi davam etdirilir.

Məlumata görə, təhlükəsizlik və polis əməkdaşlarının hadisə anında oraya gələrək terror hadisəsini törədən şəxs yaxalandığı bildirilir.

Bu acı hadisəyə reaksiya olaraq Avropa Birliyinin xarici siyasət sözçüsü Piter Stano hərəmə edilmiş terror aktını pisləyərək deyib ki, bu hücum terrorçular tərəfindən günahsız vətəndaşların hədəf alınmasının növbəti dəfə təkrar nümunəsidir. Avropa İttifaqı həlak olanların ailələrinə başsağlığı verir.

Fransa Xarici İşlər Nazirliyi də tvitter hesabında yazıb ki, Fransa ötən il oktyabrın 26-da terrora məruz qalmış Şirazın dini ziyarətgahında yenidən törədilən bu terror aktını pisləyir.

Xatırladaq ki, bazar ertəsi Rusiya Xarici İşlər Nazirliyi Şirazda Şahçıraq (ə) ziyarətgahına edilən terror aktını qəti şəkildə pisləmiş və Rusiyanın İranla antiterror əməkdaşlığını genişləndirəcəyini bəyan etmişdir.