BMT Təhlükəsizlik Şurası Şahçirağdakı terror aktını pislədi
BMT Təhlükəsizlik Şurası rəsmi bəyanat yayaraq, Şahçirağ (ə) ziyarətgahında törədilən terror aktını kəskin şəkildə pisləyib.
Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsinin bu şuranın hazırkı sədri kimi yaydığı Təhlükəsizlik Şurasının bəyanatında deyilir ki, “Təhlükəsizlik Şurasının üzvləri Şirazın Şahçıraq ziyarətgahında günahsız insanlara və buraya gəlmiş zəvvarlara qarşı mənfur və qorxaqcasına edilmiş terror hücumunu qəti şəkildə pisləyir”
Verilmiş açıqlamada İŞİD-in törətdiyi bu qanlı terror aktının nəticəsində 2 nəfərin ölümü və 8 günahsız insanın yaralanması ilə nəticələndiyi bildirilib. Təhlükəsizlik Şurasının üzvləri həlak olanların ailələrinə və İran İslam Respublikası hökumətinə dərin hüznlə başsağlığı vermiş və yaralananların tezliklə şəfa tapmasını arzulamış və bir daha terrorizmin hər bir şəkli və onun bütün hallarının beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhdidlərdən biri olduğu vurğulanmışdır.
Təhlükəsizlik Şurasının üzvləri kəskin şəkildə pislənmiş bu terror aktlarının icraçılarının, təşkilatçılarının, maliyyəçilərinin və dəstəkçilərinin məsuliyyətə cəlb edilməsinin və onların mühakimə olunmasının zəruriliyini vurğulamış və beynəlxalq qanunlar və Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz öhdəliklərinə əsaslanaraq bütün ölkələrdən İran İslam Respublikası hökuməti və digər aidiyyəti orqanlarla bu sahədə fəal əməkdaşlıq edilməsi istənilmişdir.
Qeyd edək ki, İran İslam Respublikasının daimi nümayəndəsi avqustun 14-də “Şahçıraq” terror hadisəsi haqda Birləşmiş Millətlər Təşkilatının baş katibi və Təhlükəsizlik Şurasının sədrinə məktub ünvanlamışdır. Bu məktubda İran İslam Respublikasının belə bir mənfur və qəddar terror aktlarının pislənilməsi və bu cinayətə məsul şəxslərin mühakiməsi və cavabdehliyini təmin etmək üçün qətiyyətlə qəbul etdiyi öhdəliyin yerinə yetiriləcəyi vurğulanmışdır.
İranın daimi nümayəndəsi məktubunda Təhlükəsizlik Şurasının terrora qarşı ikili yanaşmasını tənqid etməklə yanaşı, Təhlükəsizlik Şurasından terrorizmlə mübarizədə beynəlxalq münasibətlərin sülh və təhlükəsizliyinin qoruması öhdəliyi çərçivəsində bu mənfur hərəkəti açıq və ən sərt şəkildə pisləməsini istəyib.
İranın BMT-dəki səfirinin məktubunda həmçinin 26 oktyabr 2022-ci ildə Şahçıraq ziyarətgahında baş vermiş ilk terror aktından sonra qadın və uşaqlar da daxil olmaqla 15 zəvvarın şəhid olması, 30 nəfərin yaralanması ilə nəticələnən hadisənin təfərrüatı haqda Baş Katibə və Təhlükəsizlik Şurasının sədrinə yazdığı məktubda, baş vermiş terror aktının pislənilməsinin istənilməsinə baxmayaraq, Təhlükəsizlik Şurasının bu acı hadisə qarşısında susqunluğu və bu qanlı cinayətə heç bir reaksiya bildirməməsinin məyusedici və qəbuledilməz olduğu vurğulanmışdır.
Cənab səfir, sözünün davamında Təhlükəsizlik Şurasının öz qətnamələrində terrorizmin beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid olduğunu dəfələrlə vurğulaması ilə bərabər bu hadisəyə biganə qalmasının təəssüf hissi doğurduğunu bir daha nəzərə çatdırmışdır.