Putin və Rəisi telefonla söhbət ediblər
https://parstoday.ir/azeri/news/iran-i1674-putin_və_rəisi_telefonla_söhbət_ediblər
Xarici medialar bildiriblər ki, Rusiya prezidenti Vladimir Putin İran prezidenti Seyid İbrahim Rəisi ilə telefon əlaqəsi saxlayıb.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Avq 18, 2023 11:35 Asia/Baku
  • Putin və Rəisi telefonla söhbət ediblər

Xarici medialar bildiriblər ki, Rusiya prezidenti Vladimir Putin İran prezidenti Seyid İbrahim Rəisi ilə telefon əlaqəsi saxlayıb.

Putin bu telefon söhbətində avqustun on üçündə İranın Şiraz şəhərində yerləşən Şahçıraq hərəminə qarşı terror hücumu ilə bağlı başsağlığı verib.

Prezidentlər həmçinin İranın BRİKS-ə (BRİCS) üzvlük üzrə marağının ardınca beynəlxalq məsələlərdə əməkdaşlıqlar barədə danışıblar.

Putin və Rəisi bu telefon əlaqəsində enerji, logistika, nəqliyyat və ticarət sahələrindəki ikitərəfli əlaqələri daha da genişləndirməyə əsaslanan öhdəliklərinə bir daha təkid ediblər.