Ali Məqamlı Rəhbər: Düşmənlərlə qarşılaşmanın yolu şəhidlərin yolunu davam etdirmək
https://parstoday.ir/azeri/news/iran-i1702-ali_məqamlı_rəhbər_düşmənlərlə_qarşılaşmanın_yolu_şəhidlərin_yolunu_davam_etdirmək
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ərdəbil Vilayəti Şəhidlərini Anma üzrə Milli Konqresin üzvləri ilə görüşdə İslam İnqilabının düşmənləri ilə qarşılaşmanın yolunu müqavimət və dayanmaq adlandırıblar.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Avq 20, 2023 12:38 Asia/Baku
  • Ali Məqamlı Rəhbər: Düşmənlərlə qarşılaşmanın yolu şəhidlərin yolunu davam etdirmək

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ərdəbil Vilayəti Şəhidlərini Anma üzrə Milli Konqresin üzvləri ilə görüşdə İslam İnqilabının düşmənləri ilə qarşılaşmanın yolunu müqavimət və dayanmaq adlandırıblar.

Ali Məqamlı Rəhbərin ofisinin informasiya portalının məlumatına görə, Həzrət Ayətullahül-üzma Xamenei avqustun 13-də keçirilən bu görüşdə düyünlərin açılmasında və maneələrin aradan qaldırılmasında, xüsusən də səkkiz illik Müqəddəs Müdafiə dövründə şəhidlərin mücahidətlərinin roluna toxunaraq, vurğylayıblar: "İslam İnqilabı düşmənlərinin idrak, iqtisadi, siyasi və təhlükəsizlik müharibəsi ilə üzləşməyin yolu şəhidlərin yolunu davam etdirmək və onların dərslərinə yəni mücahidət, dayanma və müqavimətə əməl etməkdir". 

O Həzrət, şəhidlərin yolunu qoruyub saxlamaq və möhkəmləndirməyi və onların əməli tərcümeyi-halını gənc nəslə ötürməyi mühüm vəzifə hesab ediblər və əlavə ediblər: "Biz şəhidlərlə müasir idik və onların cihadlarını, fədakarlıqlarını, şəhadətlərini, problemləri həll etmələrini və güc qüvvələri qarşısında durmalarını gördük, lakin gənc nəsil bu məsələni aydın və açıq şəkildə ləms etməyib, ona görə də bu sahədə alimlər, mütəfəkkirlər, akademiklər və dövlət məmurlarının hər biri öz mövqeyinə uyğun rol oynamalıdır".

İslam İnqilabının Ali Məqamlı Rəhbəri şəhidlərin Allah Təalanın yanında uca məqamı və Rəbbin hərimində xüsusi ruzidən bəhrələnmələri haqqında Qurani-Kərim ayələrinə işarə edərək buyurublar: "Allah-taala şəhidlərin qanına bərəkət verir, və bunun ən yüksək və ən bariz nümunəsi İmam Hüseynin (ə) qanıdır ki, bu da Kərbəla hadisəsinin tarixdə yaşamasına və müsəlmanların, hətta qeyri-müsəlmanların da  o Həzrətə sevgisinin günü-gündən artmasına səbəb olmuşdur".

Həzrət Ayətullahül-üzma Xamenei Məhərrəm ayının ilk ongünlüyündə əzadarlıq məclislərinin düşmənlərin onu rövnəqdən salmaq cəhdlərinə baxmayaraq, coşqulu şəkildə keçirilməsini, həmçinin möhtəşəm Ərbəin yürüşünü Allah-təalanın şəhidlərin qanına verdiyi dəyərin göstəricisi adlandırıblar və şəhidlərin yolu və qanını qorumağın vacibliyini vurğulayıblar.  

İslam İnqilabının Ali Məqamlı Rəhbəri şəhidlərin adının və yolunun qorunub saxlanılması üçün təsirli üsullardan istifadəni zəruri hesab ediblər ən yaxşı və zəruri metodun bədii üsullardan istifadə olduğunu qeyd ediblər.