İlk Ərbəin zəvvarları Təmərçin sərhədindən yola düşdülər
https://parstoday.ir/azeri/news/iran-i1732-İlk_Ərbəin_zəvvarları_təmərçin_sərhədindən_yola_düşdülər
İranın Qərbi Azərbaycan əyalətinin Piranşəhr Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin rəisi imam Hüseynin (ə) Ərbəini zəvvarlarının birinci qrupunun bu şəhərin Təmərçin sərhədindən keçdiyini açıqlayıb.
(last modified 2023-08-22T07:05:41+00:00 )
Avq 22, 2023 08:06 Asia/Baku
  • İlk Ərbəin zəvvarları Təmərçin sərhədindən yola düşdülər

İranın Qərbi Azərbaycan əyalətinin Piranşəhr Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin rəisi imam Hüseynin (ə) Ərbəini zəvvarlarının birinci qrupunun bu şəhərin Təmərçin sərhədindən keçdiyini açıqlayıb.

İranın İraqla həmsərhəd olan Qərbi Azərbaycan vilayətində yerləşən Piranşəhr Kərbəla zəvvarlarının əsas marşrutlarından biridir.

 

Hicri 1445-ci ilin  20-Səfər (6 sentyabr 2023), dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseynin (ə) və onun sadiq səhabələrinin Kərbəla səhrasında şəhadətinin Ərbəin günüdür və bu gündə zəvvarlar Hz. Hüseynin (ə) Ərbəin mərasimində iştirak etmək üçün İraqın cənubundakı Kərbəla şəhərinə daxil olurlar.

   Piranşəhr Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin rəisi süleyman bəşiri deyib: Bu il (1402) artıq ikinci ildir ki, Ərbəin zəvvarlarının gediş-gəlişi üçün Piranşəhrin Təmərçin sərhəddi nəzərdə tutulur.

“Bəşiri” əlavə edib: Bu il 500 min zəvvarın bu sərhəddən keçəcəyi gözlənilir.