İran “BRİCS” qrupunun daimi üzvü oldu
https://parstoday.ir/azeri/news/iran-i1766-İran_brİcs_qrupunun_daimi_üzvü_oldu
İran İslam Respublikası prezidentinin siyasi məsələlər üzrə müavini İranın “BRİCS” qrupuna daimi üzvlüyünü elan edib.
(last modified 2023-08-26T07:15:48+00:00 )
Avq 24, 2023 09:32 Asia/Baku
  • İran “BRİCS” qrupunun daimi üzvü oldu

İran İslam Respublikası prezidentinin siyasi məsələlər üzrə müavini İranın “BRİCS” qrupuna daimi üzvlüyünü elan edib.

BRİCS qrupu dünyanın beş inkişaf etməkdə olan iqtisadi qüdrətinin - Braziliya, Rusiya, Çin, Hindistan və Cənubi Afrikanın əməkdaşlığı ilə ABŞ-ın təktərəfliliyinə qarşı çıxmaq məqsədi ilə yaradılıb.

BRİCS liderlərinin bəyanatında İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Argentina və Efiopiyanın bu qrupa qoşulmaq istəyinin qəbul edildiyi və bu ölkələrin tamhüquqlu üzvlüyünün 2024-cu ilin yanvar ayından başlanmasının planlaşdırıldığı açıqlanıb.

Qeyd edək İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi BRİCS sammitində iştirak etmək üçün bu gün (cümə axşamı) Cənubi Afrikanın Pretoriya şəhərinə səfər edib.

İran prezidentinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi də tvitində İranın BRİCS-ə daimi üzvlüyünü açıqlayıb.

Təsnim xəbər agentliyinin məlumatına görə, “Məhəmməd Cəmşidi” tvitində yazıb ki, qlobal inkişaf etməkdə olan iqtisadiyyatlar qrupuna daimi üzvlük İslam Respublikasının xarici siyasəti üçün tarixi inkişaf və strateji uğurdur.

İran prezidentinin siyasi məsələlər üzrə müavini bu uğur münasibətilə İslam İnqilabının Ali Rəhbərini və İran xalqını təbrik edib.