İran BRICS bankına qoşulmaq üçün danışıqları sürətləndirməyə hazırdır
İran Xarici İşlər Nazirliyinin iqtisadi diplomatiya müavini bəyan deyib: Tehran BRİCS bankına qoşulmaq üçün danışıqları sürətləndirməyə hazırdır.
İran Xarici İşlər Nazirliyinin iqtisadi diplomatiya nazirinin müavini Mehdi Səfəri Cənubi Afrikada keçirilən BRİCS sammiti çərçivəsində Yeni İnkişaf Bankının (BRİCS Bankı) rəhbəri Dilma Rousseff ilə görüşündə deyib: İranın yeni İnkişaf Bankına daxil olması üçün danışıqlar 2017-ci ildən davam edir və hazırda İslam Respublikası bu prosesi sürətləndirməyə tam hazırdır.
Görüşdə Yeni İnkişaf Bankının rəhbəri Rousseff İranı BRİCS-ə üzvlük münasibəti ilə təbrik edərək, Tehranın BRICS bankına qoşulmasını alqışlayıb və əlavə edib ki, bu hal bankın qüdrətinin və beynəlxalq mövqeyinin artırılmasına töhfə verəcək.
Görüşün sonunda tərəflər İİR-in yeni İnkişaf Bankına üzvlük prosesini davam etdirmək üçün öz nümayəndələrini təyin ediblər.
Qeyd edək ki, İran İslam Respublikası son günlərdə BRİCS-ə üzv olub və onun tamhüquqlu üzvlüyü 2024-cü ilin yanvarında başlayacaq.