İranda istehsal olunan PUA-lara tələbat artıb
Bəzi Avropa ölkələri İrandan PUA almaq istəyir
Bəzi Avropa ölkələri İran Müdafiə Nazirliyinə bu ölkədə istehsal olunan pilotsuz uçuş aparatlarının (PUA) alınması ilə bağlı müraciət edib.
Bu barədə İran İslam Respublikasının hərbi idarəsinin rəsmi nümayəndəsi Rza Təlainik məlumat verib.
O qeyd edib ki, bu dövlətlər hələlik anonim qalmaq istəyirlər. Eyni zamanda o, Qərb ölkələri də daxil olmaqla İran pilotsuz təyyarələrini əldə etmək istəyənlərin sayının daha çox olduğunu vurğulayıb.
Müdafiə Nazirliyinin sözçüsü əlavə edib ki, Tehran daxili ehtiyaclarını ödədikdən sonra hərbi pilotsuz təyyarələr ixrac etməyə hazırdır. Onun sözlərinə görə, İran tədarük etdiyi pilotsuz təyyarələrin qeyri-münasib istifadə üçün nəzərdə tutulmayacağına zəmanət verir.