İran və İspaniyanın xarici işlər nazirləri ikitərəfli əlaqələrin inkişafını vurğulayıblar
İran və İspaniyanın xarici işlər nazirləri ikitərəfli əlaqələrin inkişafını vurğulayıblar.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, İspaniyanın xarici işlər naziri Xose Manuel Alvarez çərşənbə axşamı İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian ilə telefon danışığında ən mühüm ikitərəfli məsələləri müzakirə edib və fikir mübadiləsi aparıb.
Əmir-Abdullahian İspaniyada keçirilən son parlament seçkilərinə toxunaraq, İran və İspaniya arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
İran İslam Respublikasının xarici işlər naziri həmçinin, İspaniyanın Avropa Birliyinə sədrliyini xatırladaraq, İran və Avropa İttifaqı arasında dialoq və əməkdaşlıq prosesini müzakirə edib.
İspaniyanın xarici işlər naziri də İran İslam Respublikası ilə İspaniya arasındakı tarixi əlaqələrə toxunaraq, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsini alqışlayıb.
Alvarez İspaniya və İran arasında əməkdaşlıq sahələrini xatırladaraq, ölkəsinin ikitərəfli əməkdaşlığı gücləndirməyə hazır olduğunu vurğulayıb.
İran və İspaniya arasında konsulluq əməkdaşlığının son vəziyyətinin nəzərdən keçirilməsi iki ölkənin xarici işlər nazirləri arasında telefon danışığında qaldırılan digər məsələlərdən biri kimi elan edilib.