Bu gün İranda Terrorla Mübarizə Günü qeyd olunur
8 şəhrivər, İranda terrorizm ilə mübarizə günüdür .
1981 Avqustun 30-da İranın baş nazirinin ofisində törədilən terror aktı nəticəsində İran prezidenti Mohəmməd Əli Rəcayi və baş nazir Mohəmməd Cəvad Bahonər şəhid olub.
Terrorun təşkilatçısı “Monafeqin” terror qruplaşmasıdır.
İran İslam İnqilabının 1979-cu ildə zəfər çalmasından sonra İran İslam Respublikasının məsul şəxsləri və vətəndaşlarından 17 min nəfərdən çox insan münafiqlər qaragüruhu və digər terror qrupları tərəfindən terror edildi.
Münafiqlər qaragüruhunun üzvləri İranda terror hərəkətlərinə başladıqdan sonra öncə Parisə qaçdılar, sonra isə İraqa getdilər.
ABŞ-ın İraqa gəlişindən sonra münafiqlər terror qruplaşması ABŞ-ın himayəsi altına keçdilər və bir müddət "Liberty" düşərgəsinə qaldıqdan sonra Amerika və İngiltərənin lobbiçiliyi və sərbəst fəaliyyət göstərcəklərinə dair bir sıra vədlərlə Albaniyaya yollandılar.
Bu elə bir halda idi ki, terrorçu münafiqlər qaragüruhunun əsas himayədarları olan ABŞ, İngiltərə və Fransa onları öz ərazilərində rəsmən qəbul etməkdən imtina etdilər.
Bəzi Qərb dövlətlərinin təxribatlarına baxmayaraq, İran dünyada terrorla mübarizədə danılmaz gücdür.İran terrorla mübarizədə qonşularına dəstək verməklə yanaşı, terrorla mübarizə aparan beynəlxalq struktur və təşkilatlarla da əməkdaşlıq edir.