Əmir-Abdullahian Beyrutda HƏMAS və İslami Cihad liderləri ilə görüşüb
https://parstoday.ir/azeri/news/iran-i1898-Əmir_abdullahian_beyrutda_hƏmas_və_İslami_cihad_liderləri_ilə_görüşüb
İranın Xarici İşlər naziri Beyrutda HƏMAS və Fələstin İslami Cihad liderləri ilə qapalı görüş keçirib.
(last modified 2026-08-01T08:46:57+00:00 )
Sen 01, 2023 05:26 Asia/Baku
  • Əmir-Abdullahian Beyrutda HƏMAS və İslami Cihad liderləri ilə görüşüb

İranın Xarici İşlər naziri Beyrutda HƏMAS və Fələstin İslami Cihad liderləri ilə qapalı görüş keçirib.

İRNA-nın  verdiyi məlumata görə, görüşdə Hüseyn Əmir-Abdullahian Tehranın fələstinlilərə dəstək strategiyasına, müqavimətə və Fələstin torpaqlarının azad edilməsi ideyasına sadiq qaldığını vurğulayıb.

İran Xarici İşlər naziri bu qapalı görüşdə İslam İnqilabının Ali Rəhbərinin İordan çayının qərb sahilinə dəstək verilməsinin zəruriliyi ilə bağlı bəyanatlarını xatırladıb və deyib ki, İran İslam Respublikası müqaviməti güclü şəkildə dəstəkləməyə davam edəcək.

HƏMAS və Fələstin İslami Cihad Hərəkatının yüksək rütbəli rəsmiləri İranın Xarici İşlər nazirini əmin ediblər ki, onlar bu mərhələdə İordan çayının qərb sahilindəki müqavimət əməliyyatından geri çəkilməyəcəklər.

Hüseyn Əmir-Abdullahian cümə axşamı Beyrut hava limanına daxil olaraq  ölkə rəsmiləri tərəfindən qarşılanıb.

Həmçinin İranın xarici işlər naziri çərşənbə günü Suriyaya səfəri çərçivəsində bu ölkənin prezidenti, baş naziri və rəsmiləri ilə görüşüb və müzakirələr aparıb.