İran Pakistan hökuməti və ordusuna başsağlığı verib
Sen 01, 2023 07:49 Asia/Baku
İran Xarici İşlər Nazirliyinin sözçüsü Pakistanın hərbi qüvvələrinə qarşı terror aktını pisləyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Pakistan hökuməti və ordusuna və həlak olanların ailələrinə başsağlığı verib, bu terror aktı nəticəsində yaralananlara Allahdan şəfa və sağlamlıq diləyib.
Pakistanın təhlükəsizlik qüvvələrinə qarşı törədilən terror aktı nəticəsində 9 nəfər ölüb, ən azı 17 nəfər yaralanıb.