Biləsuvar gömrüyündən malların ixracı 11% artıb
https://parstoday.ir/azeri/news/iran-i1934-biləsuvar_gömrüyündən_malların_ixracı_11_artıb
İranın şimal-qərbindəki Ərdəbil əyalətinin Biləsuvar sərhəd terminalının müdiri deyib: Bu ilin beş ayında (1402 günəş ili) keçən ilin eyni dövrü ilə müqayisədə biləsuvar gömrüyündən mal və yük ixracının miqdarı 11 faiz artıb.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Sen 02, 2023 14:16 Asia/Baku
  • Biləsuvar gömrüyündən malların ixracı 11% artıb

İranın şimal-qərbindəki Ərdəbil əyalətinin Biləsuvar sərhəd terminalının müdiri deyib: Bu ilin beş ayında (1402 günəş ili) keçən ilin eyni dövrü ilə müqayisədə biləsuvar gömrüyündən mal və yük ixracının miqdarı 11 faiz artıb.

İRNA-nın məlumatına görə, İranın şimal-qərbindəki Ərdəbil əyalətinin Biləsuvar sərhəd terminalının müdiri “Lütfullah Babayi” şənbə günü deyib: İran mallarının çoxu Azərbaycan, Rusiya, Gürcüstan və Qafqaz ölkələrinə ixrac edilib.

Babayi əlavə edib: İxrac edilən malların 85%-i Azərbaycan Respublikasından yük maşınları ilə, 7%-i Gürcüstan yük maşınları ilə, 4%-i İran yük maşınları ilə, 4%-i isə başqa ölkələrin yük maşınları ilə daşınıb.

onun sözlərinə görə, əsas ixrac malları kənd təsərrüfatı məhsulları, o cümlədən bibər, kartof, badımcan, duz, şüşə, armatur və profillər, tikinti daşları və kafellər olub.