İran ordusunun Hərbi Hava Qüvvələri PUA istehsal edib
https://parstoday.ir/azeri/news/iran-i1966-İran_ordusunun_hərbi_hava_qüvvələri_pua_istehsal_edib
İran İslam Respublikası Ordusunun Hərbi Hava Qüvvələrinin komandanı bu qüvvədə pilotsuz təyyarələrin yaradılmasını elan edib və deyib: Hərbi Hava Qüvvələrinin ən yeni pilotsuz təyyarəsi tezliklə təqdim olunacaq.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Sen 05, 2023 07:55 Asia/Baku
  • İran ordusunun Hərbi Hava Qüvvələri PUA istehsal edib

İran İslam Respublikası Ordusunun Hərbi Hava Qüvvələrinin komandanı bu qüvvədə pilotsuz təyyarələrin yaradılmasını elan edib və deyib: Hərbi Hava Qüvvələrinin ən yeni pilotsuz təyyarəsi tezliklə təqdim olunacaq.

İran İslam Respublikası Ordusunun Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Həmid Vahidi dünən, bazar ertəsi Həmədan şəhərində şəhid Məhəmməd Nojənin və Hərbi Hava Qüvvələri şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir çərçivəsində İRNA-ya müsahibəsində :İran Ordusunun Hərbi Hava Qüvvələrinin PUA istehsalına toxunaraq deyib :"Tezliklə Hərbi Hava Qüvvələrinin Ən Yeni Pilotsuz Uçuş  Aparatı təqdim olunacaq".

general Vahidi əlavə edib: İran İslam Respublikasının Hərbi Hava Qüvvələri iranlı gənclərin bacarıq və səyləri sayəsində müxtəlif sahələrdə ən son hava avadanlığı ilə təchiz edilib.

İslam İnqilabının qələbəsindən sonra İran İslam Respublikasının müdafiə sənayesi silahlı qüvvələrlə sıx əməkdaşlıq şəraitində quru, dəniz, hava, kosmos və raket sahələrində müxtəlif nailiyyətlər əldə edib.