İran Qafqazda geosiyasi dəyişikliyin əleyhinədir
https://parstoday.ir/azeri/news/iran-i1998-İran_qafqazda_geosiyasi_dəyişikliyin_əleyhinədir
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini vurğulayıb: İran Qafqazda istənilən geosiyasi dəyişikliyin əleyhinədir.
(last modified 2023-09-18T06:06:10+00:00 )
Sen 07, 2023 05:10 Asia/Baku
  • İran Qafqazda geosiyasi dəyişikliyin əleyhinədir

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini vurğulayıb: İran Qafqazda istənilən geosiyasi dəyişikliyin əleyhinədir.

Azərbaycan və Ermənistan respublikaları Dağlıq Qarabağ üzərində iki dəfə müharıbə aparmışlar; 2020-ci ildə Azərbaycan Respublikası itirilmiş torpaqlarının bir hissəsini geri aldı, lakin gərginliyin aradan qaldırılması və davamlı sülhün bərqərar olunması istiqamətində səylər davam edir.

Qərb partiyaları və sionist rejimin Cənubi Qafqazda müdaxilə və mövcudluğu məsələsi İranın ciddi diqqət yetirdiyi mövzulardan biridir, çünki sionistlər də daxil olmaqla xarici tərəflərin bu regionda hər hansı mövcudluğu sülh və sabitliyə təhdid olacaq. Bu səbəbdən İran bütün tərəflərə xəbərdarlıq edib ki,  saxta rejimin davranışları ilə bağlı ağıllı yanaşaraq Sionist rejimin Qafqaz və digər bölgələrdə olmasına imkan verməsinlər.

Bununla bağlı İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədr müavini “İbrahim Əzizi” deyib: Region ölkələri sionistlərin və onların qərbli müttəfiqlərinin müdaxilə məqsədi ilə Qafqaza daxil olmasına icazə verməyəcəklər; Çünki onlar geosiyasi dəyişiklik və siyasi məqsədlər axtarırlar.

“Əzizi” əlavə edib: Qafqazdakı mübahisələr məsələsi diplomatiya və siyasi məsləhətləşmələr yolu ilə həll edilməlidir; Çünki hərbi münaqişələr və s. yalnız günahsız insanların itkisinə, bölgədə gərginlik və etibarsızlığın yaranmasına səbəb olur.

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini həmçinin deyib: Qəsbkar sionist rejim kimi düşmənlər qonşu ölkələr arasında gərginlik yaratmaqla öz məqsədlərinə nail olmaq istəyirlər ki, bu da region xalqları üçün zərərlidir.