İran ŞƏT RETS-in 40-cı iclasında ilk dəfə rəsmən iştirak edib
https://parstoday.ir/azeri/news/iran-i2030-İran_ŞƏt_rets_in_40_cı_iclasında_ilk_dəfə_rəsmən_iştirak_edib
İran İslam Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlüyündən sonra İrandan olan bir nümayəndə heyəti bu təşkilatın RETS adlandırılan terrorizmlə mübarizə üzrə regional struktur şurasının qırxıncı iclasında iştirak edib.
(last modified 2023-09-18T06:06:17+00:00 )
Sen 09, 2023 11:25 Asia/Baku
  • İran ŞƏT RETS-in 40-cı iclasında ilk dəfə rəsmən iştirak edib

İran İslam Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlüyündən sonra İrandan olan bir nümayəndə heyəti bu təşkilatın RETS adlandırılan terrorizmlə mübarizə üzrə regional struktur şurasının qırxıncı iclasında iştirak edib.

Doqquz üzv və iki nəzarətçi ölkəyə şamil olan on bir ölkənin nümayəndələrinin iştirak etdikləri iclasda öncədən təyin edilmiş iş gündəmi nəzərdən keçirilib,/ ətrafında fikir mübadiləsi aparılıb,/ qəbul edilmiş qərarlar rəsmi sənədlər formasında elan edilib və ölkələrin nümayəndələri tərəfindən imzalanıb.

Həmçinin üzv ölkələr İran İslam Respublikasının təşkilata üzvlüyünü səmimi şəkildə təbrik edib,/ region hadisələrində mühüm və təsirli ölkələrdən biri kimi- İranın şurada iştirakını rəğbətlə qarşılayıblar.

Terrorizm, separatizm və ekstremizm ilə bağlı son hadisələr barədə fikir bildirən şura üzvləri son bir neçə ayda törədilən terror hücumlarını, o sıradan İŞİD-in Həzrət Şahçıraq(ə)-ın pak hərəminə qarşı hücumunu pisləyib, bu kimi terror aktlarının qarşısını almaq üzrə təkliflər irəli sürüblər.