Rəisi və Paşinyan İrəvan-Bakı gərginliyi ilə bağlı telefon danışığı aparıblar
https://parstoday.ir/azeri/news/iran-i2046-rəisi_və_paşinyan_İrəvan_bakı_gərginliyi_ilə_bağlı_telefon_danışığı_aparıblar
İran İslam Respublikasının prezidenti ilə Ermənistanın baş naziri arasında son vaxtlar İrəvan və Bakı arasında yaranmış gərginlik barədə telefon danışığı olub.
(last modified 2026-08-01T08:46:57+00:00 )
Sen 09, 2023 12:37 Asia/Baku
  • Rəisi və Paşinyan İrəvan-Bakı gərginliyi ilə bağlı telefon danışığı aparıblar

İran İslam Respublikasının prezidenti ilə Ermənistanın baş naziri arasında son vaxtlar İrəvan və Bakı arasında yaranmış gərginlik barədə telefon danışığı olub.

Aran Radiosunun məlumatına görə,Ermənistanın baş naziri Nikol Paşinyan bu gün (şənbə) İran prezidenti Seyid İbrahim Rəisi ilə telefon danışığında gərginliyi azaltmaq üçün Azərbaycan prezidenti ilə təcili danışıq aparmaq istədiyini bildirib.

Bu telefon danışığında regiondakı vəziyyət, xüsusilə Laçın dəhliznin bağlanması nəticəsində Qarabağda yaranmış humanitar böhrala bağlı eləcədə Azərbaycan qüvvələrinin bu bölgə ətrafına toplanması və iki ölkə arasında yaranmış gərginliyin artması ilə bağlı məsələlər müzakirə edilib.

Paşinyan 6 oktyabr 2022-ci ildə Praqa və 2023-cü il mayın 14-də Brüssel razılaşmasına sadiqliyini yenidən bəyan edərkən, məsələlərin diplomatik üsullarla və konstruktiv atmosferdə həllini vurğulayıb.

Ermənistanın baş naziri  gərginliyi azaltmaq üçün Azərbaycan prezidenti ilə təcili danışıqlar aparmağa hazır olduğunu bildirib.

Bu telefon danışığında Ermənistan və İran münasibətləri çərçivəsində ikitərəfli gündəliyə aid məsələlər də müzakirə olunub.